Mirabdulla Polşa təmsilçisinə "yox" deyib Bakı klubunu seçdi

Mirabdulla Polşa təmsilçisinə "yox" deyib Bakı klubunu seçdi

Dünən "Neftçi" ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında son qoyan Mirabdulla Abbasovun yeni klubu bəllidir. 27 yaşlı hücumçu karyerasını digər paytaxt klubu "Səbail"də davam etdirəcək. 

Klubdan Fanat.Az-a verilən verilən məlumata görə, Abbasov Bayıl təmsilçisi ilə 1 illik müqaviləni razılaşdırıb. Forvardın keçidi gün ərzində ictimaiyyətə rəsmən elan olunacaq.  

2019/2020 mövsümündə də "Səbail"də çıxış edən Mirabdulla köhnə-yeni komandasında 9 nömrəli forma ilə oynayacaq.

Bu arada, əldə etdiyimiz məlumata görə "Səbail"dən əvvəl Polşanın 1-ci liqa klubu "Resoviya" da Mirabdulla Abbasova təklif göndərib. Ancaq o, vətəndə qalmağı üstün tutub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər