Millinin baş məşqçisi seleksiyaya üçün Gəncəyə yollandı

Millinin baş məşqçisi seleksiyaya üçün Gəncəyə yollandı

Azərbaycan Voleybol Federasiyası (AVF) uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində növbəti dəfə seleksiya xarakterli görüş keçirib.

Fanat.Az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət millilərin baş məşqçisi Şahin Çatma, eyni zamanda, federasiya nümayəndələri bununla bağlı Gəncədə səfərdə olublar.

Səfər çərçivəsində Şahin Çatma və Gəncə Regional Voleybol Klubunun rəhbərliyi bir neçə orta məktəbdə görüş keçiriblər. Müvafiq kriteriyalara uyğun gələn uşaqlar müəyyənləşdirilib. Seçilən uşaqlar Gəncə Regional Voleybol Klubunda məşqlərə cəlb olunacaqlar.

AVF uşaq və yeniyetmə voleybolçuların müəyyənləşdirilməsi istiqamətində seleksiya işlərini davam etdirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər