"Sumqayıt" qış transfer pəncərəsi zamanı növbəti futbolçunu heyətinə qatıb. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi sabiq üzvü Pərdis Fərcad-Azadla 1,5 illik müqavilə imzalayıb.
Pərdis "Sumqayıt" 17 nömrəli formanı geyinəcək. Yeni müqavilə ilə bağlı 26 yaşlı futbolçu klubun rəsmi saytına açıqlama verib:
"Bildiyiniz kimi, dizimdəki zədə ilə bağlı ağır əməliyyat keçirməli olmuşdum. Artıq 6 aylıq dövr arxada qalıb. Özümü əla hiss edirəm. 2 həftədi ki, "Sumqayıt"la hazırlaşıram. Bu gün isə yeni müqavilə imzalamışam. Özümü çempionata tam hazır sayıram".
Qeyd edək ki, Pərdis Fərcad-Azad 2013/14 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 24 qarşılaşmada 1874 dəqiqə meydanda olub və 6 qola imza atıb.
Fanat.az