Millimizin "Bakı-2015" üçün heyəti

Millimizin "Bakı-2015" üçün heyəti

I Avropa Oyunlarında iştirak edəcək boks üzrə milli komandamızın heyəti məlum olub. Fanat.az xəbər verir ki, komandamız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. 

Avropa çempionu, Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov bu dəfə fərqli çəki dərəcəsində - 81 kq-da çıxış edəcək. 91 kq çəki dərəcəsində isə Abdulqadir Abdullayev rinqə çıxacaq. 

Dünya çempionu Albert Səlimov milli komandamızın heyətində ilk cıddı sınağını məhz Avropa Oyunlarında verəcək. “Baku Fires” klubunun heyətində Rio de Janeyro Olimpiadasına vəsiqə qazanan boksçu 60 kq çəki dərəcəsində mübarizə aparacaq. 

Məşqçilər korpusu 56 kq-da “Böyük İpək Yolu” turnirində 1-ci olan gənc Tayfur Əliyevə şans verib. Komandamız hazırda Bakıda İrlandiya və Bolqarıstan boksçuları ilə birgə təlim-məşq toplanışı keçir. 

Qızların yarışında 5 boksçumuz çıxış edəcək. Dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu Yelena Vıstropova, dünya çempionatının finalçısı Yana Alekseyeva əsas medal ümidlərimiz olacaq. 

Kişilərdən ibarət milli komandamız: 

49 kq. Salman Əlizadə 

52 kq. Elvin Məmişzadə 

56 kq. Tayfur Əliyev 

60 kq. Albert Səlimov 

64 kq. Lorenzo Sotomayor 

69 kq. Pərviz Bağırov 

75 kq. Xaybulla Musalov 

81 kq. Teymur Məmmədov 

91 kq. Abdulqadir Abdulllayev 

+91. Məhəmmədrəsul Məcidov 

Qadınlardan ibarət seçmə komanda: 

51 kq. Anaxanım Ağayeva 

54 kq. Anna Əlimərdanova  

60 kq. Yana Alekseyeva

64 kq. Yelena Vıstropova

75 kq. Zeynab Cavadlı  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər