Millimizin qapıçısı "Qəbələ"də - RƏSMİ

Millimizin qapıçısı "Qəbələ"də - RƏSMİ

“Qəbələ” komandası mövsümlərarası fasilə dövründə ikinci transferini gerçəkləşdirib.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İlkin Qırtımovun ardından Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevlə 1 illik müqavilə imzalanıb.

31 yaşlı qolkiper 2021-2022-ci illər mövsümünü "Sabah" komandasında keçirib. Qapıçı bunadək Premyer Liqada “İnter” (2008-2015, 2016-2017), MOİK (2011, icarədə), “Sumqayıt” (2012-2013, icarədə, 2016) və “Neftçi”nin (2017-2021) formasını geyinib.

2010-cu ildə Azərbaycan millisinin heyətində debüt edən qapıçı yığmada 21 oyuna çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər