ABŞ-ın USL çempionatında III turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Finiks Rayzinq" səfərdə "Oranj Kaunti" ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Rüfət Dadaşov meydana start heyətdə çıxıb. 29 yaşlı hücumçu 64-cü dəqiqədə hesabı açan Junior Flemminqsə məhsuldar ötürmə verib və 86-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Finiks Rayzinq" bu nəticədən sonra B qrupunda 7-ci xalını qazanıb.
Fanat.Az