Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşdü

Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşdü
Azərbaycan millisinin və ABŞ-ın "Finiks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi yığmasına düşüb.
Fanat.Az xəbər verir ki, VI turda "El Paso" ilə oyununda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə qələbədə böyük rol oynayan 28 yaşlı hücumçu rəmzi 11-likdə yer alıb. Dadaşovun  komanda yoldaşı - qapıçı Erik Dik də ən yaxşı 11-likdədi.
Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm vurduğu 4 qolla bombardirlərin siyahısında 2-ci pillədədi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər