Millimizin futbolçusu ABŞ-da 6-cı qolunu vurdu - VİDEO

Millimizin futbolçusu ABŞ-da 6-cı qolunu vurdu - VİDEO
Millimizin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın "Finiks Rayzinq" klubu USL-də növbəti oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, futbolçumuzun komandası "Las-Veqas Layts"ın qonağı olub. Oyun 3:3 hesabı ilə başa çatıb.
Rüfət Dadaşov start heyətində meydana çıxıb və sonadək oynayıb. Futbolçumuz 5-ci dəqiqədə matçın ilk qolunu vurub. 
Bu Rüfət Dadaşovun cari mövsümdə keçirdiyi 9-cu oyunda 6-cı qolu olub. 
 
Qeyd edək ki, "Finiks Rayzinq" 9 oyundan sonra 20 xalla B qrupunun lideridi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər