Millimizdən ardıcıl 4-cü məğlubiyyət

Millimizdən ardıcıl 4-cü məğlubiyyət

18 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisi Gürcüstanın Telavi şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Cəlil Baxtiozinin baş məşqçisi olduğu komanda dördüncü matçında estonlarla üz-üzə gəlib.

Əvvəlki turlarda Polşa, Ukrayna və Latviyaya 0:3 hesabı ilə uduzan yığmamız Estoniyanı bir setdə üstələməyi bacarıb. Ancaq yekunda millimiz 1:3 (25:23, 13:25, 14:25, 21:25) hesabı ilə məğlub olub.

Yığmamız dekabrın 9-da meydan sahibi Gürcüstanla görüşəcək. Turnirin qalibi AÇ-2024-ün final mərhələsində oynamaq hüququ qazanacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər