Millimiz Qəbələdə toplaşır

Millimiz Qəbələdə toplaşır

16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sabahdan təlim-məşq toplanışı məqsədi ilə bir araya gələcək.

Fanat.Az xəbər verir ki, yeniyetmələr sentyabrın 17-dək Qəbələ şəhərində hazırlıq keçəcək. 

Bu gün bütün futbolçular və məşqçi heyəti "COVID-19" testindən keçəcək. Hazırlıq prosesinə 27 futbolçu dəvət olunub ki, onlardan biri - sonuncu klubu "Neftçi" olan Vüqar Bağırov klubsuz kimi göstərilib. Halbuki, sosial şəbəkədə aktivliyi ilə seçilən, vaxtilə Gürcüstanda da çıxış edən, "qarabala" kimi tanınan Vüqar "Alaniyaspor" akademiyasındadır. Yeniyetmə futbolçunun ailəsinin verdiyi məlumata görə, "Neftçi" onun sənədlərini sentyabrın 1-də Türkiyəyə göndərdiyi üçün Vüqarı sifariş etmək mümkün olmayıb.

Millimiz Qəbələdə toplaşır

U-16-nın heyətinə cəlb olunan futbolçular aşağıdakılardır:

1. Adil Maqsud - Neftçi 2. Mehtizadə Fəyyaz - Sabah 3. Məmmədzadə Sadiq - Səbail 4. Tanrıverdiyev Əhməd - Sabah 5. Adıgözəlov İlkin - Keşlə 6. Əliyev Nihad - Qarabağ 7. Arazlı Elgün - Qarabağ 8. Bağırov Ceyhun - Neftçi 9. Kasumov Mayk - T.S  Football Academy (Gürcüstan) 10. Bünyadzadə Emil - Qarabağ 11. İmaməliyev Səbuhi - Neftçi 12. Rəhimov Allahverdi - Qəbələ 13. Cəfərli İlkin - Qarabağ 14. Mirzəyev Teymur - Sabah 15. Tahirli Rəhman - Neftçi 16. Bağırov Dinamin - Turan Tovuz 17. Zallı Səməd - Keşlə 18. Mürsəlli Xəlil - Sabah 19. Mənsumov Davud - Qarabağ 20. Əhmədzadə Nihat - Sumqayıt 21. Hüseynov Cumali - Qəbələ 22. Mikayılov Elton - Qarabağ 23. Məmmədzadə Namiq - Sumqayıt 24. Mamedov Eldzhat - Çayka (Rusiya) 25. Cəbiyev Anar - Sabah 26. Osmanov Niyazi - Sabah 27. Bağırov Vüqar - klubsuz

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər