Millimiz Portuqaliyada neçənci oldu?

Millimiz Portuqaliyada neçənci oldu?

Azərbaycan cüdoçusu Adil Kərimli Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turnirində bürünc medal görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz ABŞ-dan olan III Smitlə qarşılaşıb. Kərimli dueldən məğlub ayrılaraq 5-ci yeri tutub.

Beləliklə, Azərbaycan yığması Qran-Prini 1 gümüş medalla başa vurub. Yeganə medalı Balabəy Ağayev (60 kq) qazanıb. Uşanqi Kokauri (+100 kq) isə 7-ci olub.

Komanda hesabında millimiz yarışı 41 ölkə arasında 16-cı pillədə tamamlayıb. İlk yeri 4 qızıl, 1 gümüş, 4 bürünc medalla Cənubi Koreya tutub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər