Millimiz Litva yığmasına qalib gəldi

Millimiz Litva yığmasına qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, millimiz “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında 13-16-cı yerlər uğrunda oyunda Litva yığması ilə qarşılaşıb.

Azərbaycan yığması bu oyunda 3:2 hesablı qələbə qazanıb. 

Komandamızın qollarını Orxan Məmmədov, Ramil Əliyev və Elşad Manafov vurublar.

Millimiz sabah saat 11:00-da 13-14-cü yerlər uğrunda oyunda İsveçrə yığması ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər