Millimiz "Keşlə"ni uddu, "Səbail"ə uduzdu

Millimiz "Keşlə"ni uddu, "Səbail"ə uduzdu
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib. 
Fanat.Az xəbər verir ki, əvvəlcə "Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb. U-19-un qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurub.
Bu gün isə "Səbail”in müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş görüş U-19-un məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Yığmadan Camal Cəfərov fərqlənib.
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər