Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının sentyabrın 3-dən 7-dək Bakıda, 8-dən 13-dək isə Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı olacaq.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimiz hazırlıq çərçivəsində sentyabrın 9-da və 12-də Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Bakı toplanışından sonra yoldaşlıq oyunları üçün yekun heyət müəyyənləşəcək. Hazırlıq prosesinə 24 futbolçu dəvət olunub.
1. Ayxan Abbaszadə - Turan Tovuz 2. Həbib Hüşənov - Qəbələ 3. Ayxan Əlizadə - Sabah 4. Məsud Əlişanlı - EFA 5. Əhməd Tarverdiyev - Sabah 6. Səmid Əhmədov - Qəbələ 7. Məhəmməd İmaməliyev - Neftçi 8. Vüsal Paşayev - Sumqayıt 9. Nadir Orucov - Sumqayıt 10. Rəşad Alışov - Sabah 11. Tuncay Əhmədov - Sabah 12. Əkbər Məhərrəmov - Sabah 13. Ömər Kərimov - Qəbələ 14. İslam İsmayılzadə - Sabah 15. Əmir Əliyev - Sabah 16. Babamirzə Mehdiyev - Sabah 17. Anar Hüseynov - Sabah 18. Ziya Şəkərxanov - Qəbələ 19. Emin Feyzullayev - Sabah 20. Həsən Nəzərli - Ankaragücü (Türkiyə) 21. Hikmət Cəbrayılzadə - Qarabağ 22. Amid Qasımov - Qarabağ 23. Ümid Səlimov - Sabah 24. Röyal Fərzullazadə - Neftçi