Millimiz AÇ-nin hazırlığına başladı

Millimiz AÇ-nin hazırlığına başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq prosesinə start verilib. 

Fanat.Az xəbər verir ki, bu gündən başlanan məşqlərdə yığmamızın əsas heyətinin hazırda Bakıda olan və ölkə çempionatında çıxış edən üzvləri, həmçinin digər milli oyunçular iştirak edirlər. Məşqlərin həftədə 4-5 gün keçirilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, millinin baş məşqçisi məsələsinə ölkə çempionatı bitdikdən sonra baxılacaq. Bu səbəbdən indiki hazırlıq prosesi Faiq Qarayevin nəzarətində yerli məşqçilər tərəfindən keçirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər