Millətlər Liqası: Azərbaycan yığması İsveçdən D Liqasına "döyülərək" yola salındı

Millətlər Liqası: Azərbaycan yığması İsveçdən D Liqasına "döyülərək" yola salındı

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının C Liqasında bu gün sonuncu oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Fernandu Santuşun komandası səfərdə İsveçlə qarşılaşıb. 

Solna şəhərindəki "Friends Arena"da baş tutacaq 6-cı turun oyununda millimizi yalnız qələbə qane etsə də, fiasko yaşanıb. Yığma qapısından 6 cavabsız qol buraxaraq İsveçdən biabırçı məğlubiyyətlə dönüb.

Beləliklə, Santuşun komandası 6 oyunda cəmi 1 xal toplayaraq tsikli qrup sonuncusu kimi başa vurub. Növbəti Millətlər Liqasında yığma artıq D Liqasında - "cırtdanlar"la yarışacaq. 

UEFA Millətlər Liqası C Liqası, 1-ci qrup VI tur 19 noyabr

İsveç – Azərbaycan 6:0  Qollar: Kulusevski, 10, 57. Dyökereş, 26, 37, 58, 70.  Aleksandr İsak  48-ci dəqiqədə penaltidən yararlana bilməyib (qapıçı) Baş hakim: Pavel Raçkovski (Polşa) Solna, "Friends Arena".

İsveç: 12. Viktor Yohansson, 15. Karl Starfelt, 5. Qabriel Qudmunsson, 13. Ken Sema, 18. Yasin Ayari, 16. Yesper Karlström, 21. Deyan Kulusevski (k), 14. Anton Saletros, 22. Sebastian Nanasi, 17. Viktor Dyökereş, 9. Aleksandr İsak Baş məşqçi: Yon Dal Tomasson

Azərbaycan: 23. Rza Cəfərov, 5. Anton Krivotsyuk, 15. Bədavi Hüseynov (k), 4. Bəhlul Mustafazadə, 2. Amin Seydiyev, 6. Ozan Can Kökcü, 7. Coşqun Diniyev, 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 9. Nəriman Axundzadə Baş məşqçi: Fernandu Santuş

Millətlər Liqası: Azərbaycan yığması İsveçdən D Liqasına "döyülərək" yola salındı

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər