Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Fransanın PSJ klubu öz meydanında Almaniya "Bayern Münhen"ini qəbul edib. "Milan" isə İtaliyada İngiltərə təmsilçisi "Tottenhem"ini qəbul edib. Hər iki görüş Bakı vaxtı ilə saat 00:00-da başlayıb. Milanda meydan sahibləri, Parisdə isə qonaqlar qələbəni bayram edən tərəf olublar.
Qeyd edək ki, 1/8 final mərhələsinin “Brügge” (Belçika) – “Benfika” (Portuqaliya) və “Borussiya” (Dortmund, Almaniya) – “Çelsi” (İngiltərə) oyunları fevralın 15-də, digər matçlar isə bir həftə sonra keçiriləcək.
Çempionlar Liqası 1/8 final, ilk oyunlar 14 fevral PSJ (Fransa) – “Bayern Münhen” (Almaniya) 0:1 Qol: K.Koman, 53. Baş hakim: Maykl Oliver (İngiltərə) Paris. “Park De Prens” stadionu
“Milan” (İtaliya) – “Tottenhem” (İngiltərə) 1:0 Qol: B.Dias, 7. Baş hakim: Sandro Şerer (İsveçrə) Milan. “San Siro” stadionu