Meza Kolli: "Mən bilmirəm, AFFA bilir" - MÜSAHİBƏ

Meza Kolli: "Mən bilmirəm, AFFA bilir" - MÜSAHİBƏ

Keşlə”nin legoneri - milliləşdirilməsi gündəmdə olan Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının XVIII turunda "Zirə" ilə oyundan sonra brifinq keçirib.

 

Fanat.Az-ın məlumatına görə, paraqvaylı futbolçu 4:0 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib. Jurnalistlərin suallarını cavablandıran Sezar eyni zamanda milliləşdirilməsinə də aydınlıq gətirib.

- Yəqin nəticədən məmnun qaldınız...

- Çətin oyun idi. Bu matça hazırlaşmaq üçün bir həftə ərzində yaxşı məşq etdik. Bacardığımızı ortaya qoyduq.

- "Zirə" ötən turda "Qarabağ"a 0:6 hesabı ilə məğlub olmuşdu. Rəqibin psixoloji cəhətdən toparlanmaması hiss olunurdu?

- Onların hansı formada olması bizim üçün maraqlı deyildi. Çünki özümüzün hansı formada olmağımız daha önəmli idi.

- Azərbaycan vətəndaşlığı almaq təklifi sizdən, yoxsa AFFA-dan gəldi?

- Hələ heç nə baş verməyib, baxacağıq. Hazırda yalnız "Keşlə"də məşq edirəm. Daha sonra nə olacaq, bilmirəm.

- Vətəndaşlığı hələ almamısınız?

- Xeyr. Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.

- Bəs nə vaxt dəqiqləşəcək?

- Bu barədə yalnız AFFA bilir. Mən xəbərsizəm.

- Azərbaycan millisində oynamaq istəyiniz var?

- Mənim üçün şərəf olardı. Çünki uzun müddətdir ki, burdayam, Azərbaycanda özümü yaxşı hiss edirəm, xoşbəxtəm.

- Azərbaycan millisi elə də güclü komanda deyil. Yığmaya hansı köməyiniz dəyə bilərmi?

- Mən əlimdən gələnin ən yaxşısını edirəm. Millinin yeni baş məşqçisi təyin olunduqdan sonra bu məsələləri o daha yaxşı biləcək. Millidə oynayıb-oynamayacağımla bağlı kimin qərar verəcəyini deyə bilmərəm. Yeni baş məşqçi məni yığmada görmək istəsə, məmnuniyyətlə qəbul edəcəyəm.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər