Messisiz "İnter Mayami" Çempionlar Kubokunda məğlub oldu

Messisiz "İnter Mayami" Çempionlar Kubokunda məğlub oldu

ABŞ-da KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin ilk oyunu baş tutub.

Fanat.Az xəbər verir ki, açılış matçında "İnter-Mayami" evdə Meksikanın "Monterrey" klubuna 1:2 hesabı ilə uduzub.

Meydan sahibləri hesabı ilk açsalar da, 67-ci dəqiqədə qırmızı vərəqə alan komanda bundan sonra dərhal ilk qolu buraxıb. Həlledici qol isə 89-cu dəqiqəyə təsadüf edib. 

Argentinalı ulduz futbolçu Lionel Messi zədə səbəbindən görüşün iştirakçısı olmayıb. "Barselona"nın digər keçmiş futbolçuları Luis Suares, Serxio Busqets və Jordi Alba heç nə ilə yadda qalmayıb.

Cavab oyunu aprelin 11-də baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər