Messini MLS-də nə gözləyir? - Qaret Beyldən açıqlama

Messini MLS-də nə gözləyir? - Qaret Beyldən açıqlama

Tanınmış ulduz futbolçulardan olan, bu ilin əvvəlində karyerasını başa vuran Qaret Beyl MLS liqasına üz tutan Lionel Messini orada nə gözlədiyini izah edib.

Fanat.Az xəbər verir ki, Uels millisinin sabiq hücumçusu "BT Sport"a açıqlamasında argentinalı dünya ulduzu ilə "qiyabi danışıb".

“MLS-də hər şey daha sakitdir. "Real Madrid"də, "Barselona"da uduzsan, dünyanın sonu gəlib çatmış kimi görünür. Səni çarmıxa çəkirlər. Özünü depressiyada hiss edirsən. Evə narazı qayıdırsan. Elədirmi?

ABŞ-da isə məğlub olmaq daha yaxşıdır. Heç bir fəsad yoxdur. İstənilən halda, liqanı tərk etmirsən. Bir matçı uduzduqdan sonra digərinə keçirsən.

Orada məğlubiyyətlər daha yaxşı qəbul edilir. Onlar uduzmağı bilirlər, amma eyni zamanda hər qələbəni çempionluq qazanmış kimi qeyd edirlər. MLS-i mütləq sevəcəksən".

Xatırladaq ki, Lionel Messi “İnter Mayami”də davam etdirəcək.

Qaret Beylin karyerasındakı son klubu MLS çempionu adını qazandığı "Los-Anceles" olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər