"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi MLS fasiləsində icarəyə getməyi düşünmür.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat paylaşıb.
Xəbərə görə, "Barselona " və Səudiyyə klublarının onu icarəyə götürmək istəmələrinə baxmayaraq, Leo bütün diqqətini "İnter Mayami" və Argentina millisinə cəmləyib.
ABŞ klubu MLS-in pley-off mərhələsində oynamaq şansını əldən versə də, argentinalı hücumçunun önümüzdəki aylar üçün təqvimi artıq planlaşdırılıb.
Qeyd edək ki, MLS-in yeni mövsümü fevralda başlayacaq.
Mirağa