Messi MLS-dəki debüt matçında qol vurdu

Messi MLS-dəki debüt matçında qol vurdu

ABŞ-ın “İnter Mayami” klubunun kapitanı Lionel Messinin MLS-də ilk oyununu keçirib.

Fanat.Az xəbər verir ki, argentinalı ulduz "Nyu York Red Bullz"la səfər matçının 60-cı dəqiqəsində meydana çıxıb.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Leo 89-cu dəqiqədə komandasının 2-ci qoluna imza atıb.

"İnter Mayami"də keçirdiyi səkkiz oyunda on qol vuran Messi üç məhsuldar ötürmə edib. Avqustun 20-də argentinalı ilk Amerika Kubokunu qazanıb. Mayami təmsilçisi turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında üstələyərək (10:9) Liqa Kubokunu başı üzərinə qaldırıb.

“İnter Mayami” ABŞ Açıq Kubokunun finalında “Hyuston”la üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər