Messi "İnter Mayami"də debütünü möhtəşəm qolla qeyd etdi - VİDEO

Messi "İnter Mayami"də debütünü möhtəşəm qolla qeyd etdi - VİDEO

İyulun 21-dən 22-nə keçən gecə ABŞ-də "İnter Mayami" və "Kruz Asulem" arasında Liqa Kuboku matçı baş tutub. 

Fanat.Az xəbər verir ki, argentinalı ulduz Lionel Messi məhz bu matçda debütünü rəsmiləşdirib.

Matç onun üçün uğurlu alınıb. 54-cü dəqiqədə əvəzetmədən meydana çıxan və dərhal kapitan sarğısını alan Leo komandasının 2:1 hesablı qələbəsində əsas pay sahibi olub. Belə ki, o, final fitindən əvvəl cərimə zərbəsindən qələbə qolunu vurub.

Messinin qələbə qolunun videosunu təqdim edirik:

Əlavə edirik ki, Serxio Busqets də Messi ilə birgə "İnter Mayami"də debüt matçına çıxıb. 

“İnter Mayami” növbəti oyunda “Atlanta Yunayted”lə qarşılaşacaq. Oyun iyulun 26-da keçiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər