Messi het-trik edərək MLS müntəzəm çempionatının bombardiri oldu

Messi het-trik edərək MLS müntəzəm çempionatının bombardiri oldu

"İnter Mayami"nin superulduzu Lionel Messi MLS-in müntəzəm çempionatında bombardir olub.

Fanat.Az xəbər verir ki, Argentina millisinin hücumçusu mövsümün son oyununda - "Neşvilla"nı 5:2 hesabı ilə yendikləri matçda 3 qol vurub.

Beləliklə, Leo çempionatdakı qollarının sayını 29-a çatdıraraq ən sərrast oyunçu ünvanına sahib çıxıb.

"İnter Mayami" Şərq Konfransında üçüncü yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıb.

Komanda bu raundda yenidən "Neşvilla" ilə qarşılaşacaq. Seriya iki qələbəyədək davam edəcək, ilk oyun oktyabrın 24-də Mayamidə keçiriləcək.

Qeyd edək ki, 38 yaşlı Messi 2023-cü ildən "İnter Mayami"dədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər