Messi Bekhemdən bu ulduzun "İnter Mayami"yə transfer olunmasını istədi

Messi Bekhemdən bu ulduzun "İnter Mayami"yə transfer olunmasını istədi

"İnter Mayami"nin superulduzu Lionel Messi ABŞ təmsilçisinin sahibi Devid Bekhemdən daha bir tanınmış futbolçunu heyətə qatmağı xahiş edib.

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Mənbə "Qızıl top"un səkkizqat qalibinin Bekhemə fransalı yarımmüdafiəçi Pol Poqbanı Mayami klubunda görməyi arzuladığı diqqətə bildirilib.

Xatırladaq ki, dopinq testi müsbət nəticələndiyi üçün 4 illik diskvalifikasiya olunan, sonradan cəza müddəti İdman Arbitraj Məhkəməsi tərəfindən 1,5 ilə endirilən Poqba bu aydan etibarən rəsmi matçlara çıxa bilər.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər