Məşhur İspaniya şirkəti Azərbaycanda - Bu komanda ilə müqavilə bağladı

Məşhur İspaniya şirkəti Azərbaycanda - Bu komanda ilə müqavilə bağladı

Məşhur "Kelme" şirkəti artıq Azərbaycana da gəlib.

Fanat.Az-ın məlumatına görə, yenicə Qubaya köçən “Hypers Guba” futbol klubunun geyim sponsoru məhz İspaniya şirkəti olub.

Bu barədə məlumatı klubun prezidenti Ayaz Abdullayev özünün "Facebook" səhifəsində paylaşıb. 

Məşhur İspaniya şirkəti Azərbaycanda - Bu komanda ilə müqavilə bağladı “Kelme” şirkəti Hypers Guba ilə 5 illik müqavilə bağlayıb.

Qeyd edək ki, sözügedən geyim şirkəti İspaniyada La Liqa komandalarından "Espanyol, Portuqaliyanın "Boavişta", İngiltərənin "Uotford", "Uildston", "Maydenhed Yunayted", Rusiyanın "Ural Yekaterinburq", "Fakel Voronej" və sair bu kimi futbol klublarına, həmçinin müxtəlif ölkələrin futbol federasiyalarına, bəzi voleybol, basketbol və futzal komandalarına geyim sponsorluğu edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər