"Qalatasaray"ın futbolçusu Hakim Ziyeç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Daily Mail" yayıb.
Xəbərə görə, mərakeşli yarımmüdafiəçi "Əl-Şəbab"ın diqqət mərkəzindədir.
Qeyd edək ki, "Çelsi"yə məxsus olan 30 yaşlı ulduz oyunçu İstanbul klubunda icarə əsasında çıxış edir. O, bu mövsüm 7 rəsmi matça çıxaraq 2 qol vurub.
"Transfermarkt" Ziyeçin transfer qiymətini 12 milyon avro qiymətləndirir.
Nahid Məmmədov