"Fiorentina"nın və Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat karyerasını Türkiyə çempionatında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbənin məlumatına görə, 28 yaşlı futbolçu Joze Mourinyunun çalışdırdığı “Fənərbağça”ya keçir. Söhbət sonradan satınalma öhdəliyi ilə 2024/25 mövsümü üçün icarə müqaviləsindən gedir.
"Fənərbağça" icarəyə görə 2 milyon avro ödəyəcək. Sonradan isə futbolçunu 13 milyon avroya ala biləcək. "Fiorentina" bonus olaraq daha 3 milyon avroya ümid edə biləcək. Amrabat türk klubu ilə 4 illik müqavilə imzalayacaq.
Sofyan Amrabat ötən mövsüm “Mançester Yunayted”də icarə əsasında çıxış edib.
Mirağa