Məmmədovla Cabbarlı Azərbaycan Kubokunun qalibi oldular

Məmmədovla Cabbarlı Azərbaycan Kubokunun qalibi oldular

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokuna start verilib. 

Fanat.Az xəbər verir ki, yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır.

Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq və 61 kq olan atletlər çıxıblar. Bu çəkilərdə müvafiq olaraq Dəniz Cabbarlı və Elşən Məmmədov rəqiblərinin üstələyərək fəxri kürsünün ən üst pilləsinə qalxıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər