Məhəmməd Alıyev rəsmən "Sumqayıt"da

Məhəmməd Alıyev rəsmən "Sumqayıt"da
Vurğun Hüseynov və Murad Ağayevlə müqavilənin müddətini artıran "Sumqayıt" heyətini gücləndirib. 
Fanat.az xəbər verir ki, "Neftçala"da çıxış etmiş Məhəmməd Alıyev növbəti mövsümdən "gənclik şəhəri" təmsilçisinin heyətində olacaq. 1992-ci il təvəllüdlü futbolçu "Sumqayıt"la 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2012/13 mövsümündə "Simurq"da, 2014/15 mövsümündə "Neftçala"da çıxış edən 22 yaşlı hücumçu 15 qol vuraraq komandasının çempionluğunda pay sahibi olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər