Mateta "Aston Villa"ya keçəcək?

Mateta "Aston Villa"ya keçəcək?

"Aston Villa" "Kristal Palas"ın hücumçusu Jan-Filip Matetanı transfer etmək üçün rəsmi təklif göndərib.

Fanat.Az insayder Devid Ornşteynə istinadən xəbər verir ki, London təmsilçisi təklif olunan məbləğin futbolçunun real dəyərindən çox aşağı olduğunu bildirərək onu dərhal geri çevirib.

"Kristal Palas" rəhbərliyi fransalı hücumçunun satışı üçün daha yüksək transfer haqqı tələb edəcəyini bəyan edib.

Birmingem klubu isə hücum xəttini gücləndirmək üçün növbəti və daha yaxşı bir təklif hazırlamaq məcburiyyətində qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər