Martines "İnter"in tarixinə düşdü

Martines "İnter"in tarixinə düşdü

Argentina millisinin hücumçusu Lautaro Martines şərəfini qoruduğu "İnter"in tarixinə düşüb.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, 27 yaşlı hücumçu buna Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda - Niderlandda "Feyenoord"u məğlub etdikləri matçda (2:0) qol vurmaqla nail olub.  

O, "qara-göylər"in heyətində qitənin bir nömrəli klub turnirində ən çox fərqlənən oyunçu ünvanına sahib çıxıb. 18 dəfə rəqib qapılarına yol tapan Martines sabiq "İnter"li Sandro Matsolanı geridə qoyub. Matsola 1961-1977-ci illər aralığında  Avropa Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) 17 qolla yadda qalıb. Milan təmsilçisinin ÇL-dəki 3-cü bombardiri isə keçmiş braziliyalı forvard Adrianodur - 14 qol.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər