Maqomed Adiyev: "Azərbaycanın baş məşqçisi çox danışır"

Maqomed Adiyev: "Azərbaycanın baş məşqçisi çox danışır"

Bu gün UEFA Millətlər Liqası çərçivəsində Azərbaycan millisi səfərdə Qazaxıstan yığması ilə ilk oyununa çıxıb. Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə sona çatıb. 

Fanat.Az xəbər verir ki, oyundan sonra Qazaxıstan seçməsinin baş məşqçisi Maqomed Adiyev mətbuat önünə çıxıb. 

44 yaşlı mütəxəssis qeyd edib ki, Canni De Byazi çox danışmağa üstünlük verir: 

"Azərbaycan yığma  komandasının baş məşqçisi çox danışır. Oyundan əvvəl də çox danışırdı. Biz isə az danışıb çox iş görürük. Bu barədə əlavə deyəcəyim heç nə yoxdur.

İlk 25 dəqiqədə yaxşı oyun sərgilədik. Sonra rəqib təşəbbüsü ələ aldı və təhlükəli epizodlar yaratdı".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər