"Olimpik Marsel"in qapıçısı Stiv Mandanda klubundan ayrılıb.
Fanat.Az Fransa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, "çərçivə" qoruyucusunun müqaviləsi qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulub.
Daha öncə təcrübəli əlcək sahibinin "Renn"ə keçməyi planlaşdırdığı barədə informasiyalar yayılmışdı.
Qeyd edək ki, arada "Kristal Pelas"da da bir mövsüm keçirən Mandanda 2007-ci ildən "Olimpik Marsel"in formasını geyinirdi. 37 yaşlı qolkiper bu komandada ümumilikdə 610 matça çıxıb və 674 qol buraxıb.
Nihat