"Mançester Yunayted" in futbolçusu İstanbul nəhəngində?

"Mançester Yunayted" in futbolçusu İstanbul nəhəngində?

"Mançester Yunayted" in futbolçusu Kristian Eriksen karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı Türkiyənin "Star" nəşri yayıb.

Xəbərə görə, danimarkalı yarımmüdafiəçi "Qalatasaray"ın diqqət mərkəzindədir. 31 yaşlı danimarkalı keçidin baş tutmasına müsbət yanaşır.

Qeyd edək ki, Eriksen cari mövsüm "Mançester Yunayted" forması ilə 19 matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər