"Mançester Yunayted" ilə ÇL-in qalibi olacağıma ümidliyəm" - "İnter"in qapıçısı

"Mançester Yunayted" ilə ÇL-in qalibi olacağıma ümidliyəm" - "İnter"in qapıçısı

"İnter"in qapıçısı Andre Onana "Mançester Yunayted"in heyətində Çempionlar Liqasının qalibi olmağı arzuladığını deyib.

Fanat.Az xəbər verir ki, ÇL-in son finalında "Mançester Siti"yə uduzan (0:1) "qara-göylər"in qolkiperinin söylədiklərini  "La Gazzetta dello Sport" belə çatdırıb:

"Biz kuboka toxunmağa çox yaxın və buna layiq idik. "Siti" ilə bərabərsəviyyəli mübarizə apardıq. Yalnız müəyyən epizodlarda ustalıq səviyyəsi çatmadı. Şəxsən mən "Mançester Yunayted" ilə Çempionlar Liqasının qalibi olacağıma ümidliyəm. Həm də ümid edirəm ki, "İnter" də bu turnirdə qələbə sevinci yaşayacaq. Bu, İstanbula gələn, finalda bizi dəstəkləyən azarkeşlərin haqqıdır".

Qeyd edək ki, Onananın MY-yə transferi reallaşmaq üzrədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər