İngiltərənin "Athletic" nəşri Mançester şəhərində "qırmızı şeytanları"ın azarkeşləri arasında sorğu keçirib.
Fanat.Az xəbər verir ki, sorğuda komandanın baş məşqçisi Ule Quna Sulşerin (Ole Gunnar Solskjaer) işi və komandanın hazırki durumuna münasibət xarakteri daşıyıb.
4000 respondent arasında keçirilən sorğunun nəticəsini təqdim edirik:
"Sulşerin klubda qalmasını istəyirsiniz?"
69% Dərhal klubu tərk etməlidir 13% Bir az daha vaxt verilməlidir 15% Mövsümün sonuna qədər vaxt verilməlidir 3% Uzun müddət klubda qalmalıdır

"Sulşerin gedəcəyi təqdirdə klubda onun yerini tutacaq layiqli mütəxəssis varmı?"
94% - Yox 6%- Hə

Azarkeşlər Joze Mourinyunun (Jose Mourinho) gedişindən sonra Sulşerin fəaliyyətini də qiymətləndiriblər:
51% - Yaxşı təsir bağışlayırdı 39% - Nisbətən yaxşı təsir bağışlayırdı 5% - Pis təsir bağışlayırdı 4% - Əla təsir bağışlayırdı 1% - Olduqca pis təsir bağışlayırdı

Qeyd edək ki, futbol insayderlərinin verdiyi məlumatlarda bildirilir ki, "Mançester Yunayted" klubu hələ Sulşerlə yollarını ayırmaq niyyətində deyil.
Emin Şəmsiyev