“Mançester Siti”nin futbolçusu İstanbul klubunda

“Mançester Siti”nin futbolçusu İstanbul klubunda

"Qalatasaray" qış fasiləsində heyətini gücləndirməyə hazırlaşır.

Fanat.Az "Fotomaç"a istinadən xəbər verir ki, "Qalatasaray" "Mançester Siti"də çıxış edən Serxio Qomes üçün hərəkətə keçib.

Mənbə bildirir ki, İstanbul klubu ispan sol cinah müdafiəçisini 1,5 illik icarəyə götürmək istəyir.

Qeyd edək ki, Qomes cari mövsüm 8 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər