Lyakazett arılara görə "Feyenoord"la oyuna çıxmayacaq

Lyakazett arılara görə "Feyenoord"la oyuna çıxmayacaq

"Olimpik Lion"un hücumçusu Aleksandr Lyakazett çoxsaylı arı sancması səbəbindən "Feyenoord"la yoldaşlıq oyununu kənardan izləyəcək.

Fanat.Az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, Niderlandda meşə gəzintisi zamanı arılar futbolçuya hücum edib.

Ümumilikdə, Lyakazetti 12 arı sancıb.

Bundan əlavə, Lyakazettin həmklubu Mussa Dembele də arıların hücumuna məruz qalıb. Lakin Mussa özünü daha yaxşı hiss edib və cümə axşamı keçirilən məşqə qatılıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər