Ölkə çempionatında növbəti oyunların vaxtı dəqiqləşdi

Ölkə çempionatında növbəti oyunların vaxtı dəqiqləşdi

Voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı dəqiqləşib.

Fanat.Az xəbər verir ki, qadınlar arasında Yüksək Liqada II dövrənin növbəti matçları fevralın 6-da gerçəkləşəcək

V turun saat 16:00-da start götürəcək ilk qarşılaşmasında “Azərreyl” və “Abşeron” komandaları üz-üzə gələcək. Bu görüşdən iki saat sonra “Murov” və UNEC kollektivlərinin dueli baş tutacaq.

Fevralın 7-də kişilər arasında Yüksək Liqada V turun oyunları baş tutacaq. Günün ilk matçı saat 16:00-da “Murov” və MOİK komandaları arasında olacaq. Saat 18:00-da isə “Xarı bülbül” - “Neftçi” qarşılaşması keçiriləcək.

Qeyd edək ki, görüşlər Voleybol Mərkəzində təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər