Ölkə çempionatında növbəti oyunların vaxtı açıqlandı

Ölkə çempionatında növbəti oyunların vaxtı açıqlandı

Sabah voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək.

Fanat.Az xəbər verir ki, dekabrın 13-də həm qadın, həm də kişi voleybolçular arasında ölkə çempionatlarının oyunları baş tutacaq.

Qadın voleybolçuların mübarizəsində 6-cı tur çərçivəsində “Gəncə” doğma meydanda “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Bu görüş saat 15:00-da start götürəcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində isə “Abşeron” və “Murov Az Terminal” komandaları qarşılacaqlar. Saat 16:00-da başlayacaq bu matç “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq. 

Qadınların mübarizəsində turun daha bir qarşılaşması isə UNEC voleybol klububun idman zalında baş tutacaq. Saat 19:00-da UNEC və “Azərreyl” üz-üzə gələcək. 

Həmin gün kişi voleybolçuların Yüksək Liqasında da bir oyun baş tutacaq. Saat 18:00-da GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Şuşa” və “Xarı Bülbül Laçın” komandaları üz-üzə gələcək. 

Yüksək Liqa (qadınlar)  15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası” Ünvan: GƏNCƏ OİK

16:00. “Abşeron” - “Murov Az Terminal” (CBC SPORT-canlı) Ünvan: GİN-nin Voleybol Mərkəzi

19:00. UNEC - “Azərreyl”  Ünvan: UNEC VK-nun idman zalı. 

Yüksək Liqa (kişilər) 18:00. “Xarı Bülbül Şuşa” - “Xarı Bülbül Laçın”  Ünvan: GİN-nin Voleybol Mərkəzi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər