"Liverpul"un ulduzuna şok: oyunlarla bağlı məlumatları kimlərə verib?

"Liverpul"un ulduzuna şok: oyunlarla bağlı məlumatları kimlərə verib?
"Liverpul"un futbolçusu Daniel Starric ağır ittihamlarla üzləşib.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin üzvü mərc oyunlarında şübhəli bilinir. İddialara görə, 29 yaşlı hücumçu özü birbaşa mərc oyunlarında iştirak etməyib. Amma oyunla bağlı bəzi məlumatları futbola pul qoyuluşu edən naməlum şəxslərə verib. 
Həmçinin o, ötən mövsümün ikinci yarısında "Vest Bromviç"ə icarəyə verilməsi barədə məlumatı həmin şəxslərə öütürüb. Qışda ingiltərəli forvardın icarəyə verilmək şansı çox deyildi. Hətta bəzi kantorlar onun icarəyə verilmə əmsalını 25 olaraq müəyyənləşdirmişdi. İddia olunur ki, bu barədə məlumat futbolçu tərəfindən öütürülüb və yüksək məbləğdə pul qoyuluşu edilib.
Daniel Sturridge noyabrın 20-dək müdafiə çıxışını təqdim etməlidi. İngiltərə Futbol Federasiyası faktı təsdiqləyə bilsə, futbolçunun karyerası bitə bilər.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər