Çempionlar Liqasının dünən baş tutan yarımfinal oyunundan sonra "Liverpul”un şotland müdafiəçisi Endryu Robertson açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, evdə 5:2 hesabıyla məğlub etdikləri "Roma”ya səfərdə 2:4 hesabıyla yenilərək finalda "Real”la oynamaq hüququ qazanan İngiltərə təmsilçisinin üzvü belə deyib: "Bu uğurun bir parçası olmaq gözəldi. Komanda yoldaşlarıma təşəkkür edirəm. Final yolunda bütün sınaqlardan uğurla keçdik. Nəticədən asılı olmayaraq, Kiyevdə əla zaman keçirəcəyik. Keçən mövsüm "Hall Siti”də olarkən liqada qalmaq uğrunda mübarizə aparırdım, indi isə finaldayam. Kiyevi yüz faiz bəyənəcəm. Finalın favoriti biz deyilik. Amma bəzən favorit olmamaq daha yaxşıdı”.
Fanat.Az