"Liverpul"un qapıçısı və sevgilisi ölümlə təhdid edilir

"Liverpul"un qapıçısı və sevgilisi ölümlə təhdid edilir
"Liverpul"un Çempionlar Liqasının finalında "Real"a 1:3 hesabı ilə yenilməsində Məhəmməd Salahın ilk hissədə zədələnərək meydandan çıçması qədər qapıçı Loris Kariusun iki kobud səhvi də rol oynadı. 24 yaşlı qolkiper Kərim Benzemanın hesabı açdığı və Qaret Beylin özünün ikinci, komandasının üçünü qolunu epizodda kobud səhvlərə yol vermişdi.
"Liverpul"un qapıçısı bəzi azarkeşlərin dəstəyini alsa da, əksəriyyətin etirazına səbəb olub. Bəziləri hətta etirazın dozasını da qaçırıb.
Fanat.Az xəbər verir ki, Karius və sevgilisi oyundan sonra ölüm təhdidləri almağa başlayıb. Artıq polis bununla bağlı araşdırmalara başlayıb.
Merseyside polisinin sözçüsü "Telegraph"a açıqlamasında təhdid və təhqir mətnli mesajları araşdırmağa başladıqlarını bildirib. 
Kariusə gələn mesajların arasında "Ümid edirəm bütün ailən öləcək", "uşağın xərçəngə tutulub ölsün" kimi və daha ağır sözlər yazılıb. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər