İngiltərə Premyer Liqasında çıxış edən "Liverpul"un kamerunlu futbolçusu Coel Matip ciddi zədə alıb.
Fanat.Az xəbər verir ki, müdafiəçi yaşıl meydanlardan 1,5 ay uzaq qalacaq. Klubdan verilən açıqlamaya görə Çempionlar Liqasında baş tutan "Napoli" ilə oyunda zədələnən Matipin körpücük sümüyündə sınıq aşkarlanıb.
Əməliyyat olunacaq 27 yaşlı futbolçunun sağlamlığına qovuşmasının 1,5 aya qədər sürəcəyi bildirilir.
Fanat.Az