"Liverpul"un "Barselona"dan qisası ağır olacaq: 100 milyonluq ulduz...

"Liverpul"un "Barselona"dan qisası ağır olacaq: 100 milyonluq ulduz...
Filip Kountinyo 160 milyon avroya "Barselona"ya satan "Liverpul" sürpriz transferə hazırlaşır. Fanat.Az xəbər verir ki, İngiltərə klubu "Atletiko"dan Antoine Qrizmannla danışıqlara başlayıb.
Məlum olduğu kimi, fransız ulduzu "Barselona" uzun müddətdi transfer etməyə çalışır. Hətta Kataloniya klubu bu məqsədlə bəzi futbolçularını satmaq istəyir. Qrizmannı həmçinin "Mançester Yunayted"in də istədiyi bəllidi.
"Daily Star"ın xəbərinə görə, "Liverpul" Kountinyonun yerini məhz Qrizmannla doldurmağa hazırlaşır. "Qırmızılar" bununla həm də "Barselona"dan Kountinyonun "qisas"ını almış olacaq.
"Atletiko"nun fransız ulduzunu 100 milyon avrodan ucuz satmayacağı deyilir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər