"Layptsiq"in hücumçusu Timo Verner "Çelsi"yə keçməyə yaxındı.
Fanat.Az Sport1.de-nin jurnalisti Florian Plettenberqə istinadən xəbər verir ki, "Çelsi" Verner uğrunda mübarizədə favoritdi. Baş məşqçi Frenk Lempard bir neçə dəfə 24 yaşlı futbolçu ilə əlaqə saxlayıb. "Zadəganlar" Vernerin ətrafında qurulacaq yeni layihənin üzərində çalışır.
Jurnalist Kristian Falka görə, alman oyunçu London klubu ilə 5 illik müqaviləyə imza atacaq və ilinə 10 milyon avrodan artıq məvacib alacaq.
Daha əvvəl Vernerin "Liverpul"a keçəcəyinə daha xəbərlər yayılmışdı. Lakin forvardın prioritetinin "mersisaydlılar" olmadığı bildirilir.
Cari mövsümdə Bundesliqada 29 matçda meydana çıxan Verner 25 dəfə rəqib qapılarına yol tapıb.
Fanat.Az