"Liverpul” Çempionlar Liqasında antirekorda imza atıb.
Fanat.Az xəbər verir ki, İngiltərə klubu tarixində ilk dəfə turnirin 3 ardıcıl səfər görüşündə məğlub olub. Çempionlar Liqasının IV turunda Serbiyanın "Srvena Zvezda” klubuna 0:2 hesabı ilə yenilən "qırmızılar" üçün bu nəticə səfərdə əldə edilən ardıcıl 3-cü məğlubiyyət olub. Bu uğursuz seriya klub tarixinin ən pis göstəricisidi.
"Liverpul" bundan əvvəl Çempionlar Liqasının II turunda "Napoli”yə 1:0, keçən mövsüm yarımfinalda "Roma”ya isə 4:2 hesabı ilə məğlub olmuşdu.
Çempionlar Liqasının qrup mərhələsinin IV turu Moskva "Lokomotiv"i üçün də antirekordla əlamətdar olub. Rusiya klubu bu turda "Portu"ya 1:4 hesabı ilə yenilib. Moskva təmsilçisi bu mövsüm Çempionlar Liqasında keçirdiyi 4 oyunun hamısında məğlub olub və qrup mərhələsinin sonuna iki tur qalmış 1/8 finalına çıxmaq şanslarını itirib. "Lokomotiv" bununla da, birinci səbətin dördüncü turdan sonra qrupdan çıxmaq şanslarını itirmiş ikinci komandası olub. Bu uğursuzluqla üzləşmiş ilk klub 1995/96 illər mövsümündə çıxış edən İngiltərə "Blekbern"i olub.
Fanat.Az