"Liverpul" tarixinin ən bahalı transferinə hazırlaşır

"Liverpul" tarixinin ən bahalı transferinə hazırlaşır

"Barselona”nın hücumçusu Usman Dembele karyerasını "Liverpul”da davam etdirə bilər.

 

 

Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi bu qış onu "Barsa”dan "qoparmağa” çalışacaq.

 

 

"Qırmızılar” bu keçid qarşılığında qarşı tərəfə 98 milyon avro ödəməyə hazırdı. Sövdə baş tutsa, gənc fransalı "Liverpul” tarixinin ən bahalı transferinə çevriləcək. Premyer Liqa təmsilçisində rekord 86 milyon avroya alınan Vircil van Diykə məxsusdu.

 

 

Dembele "Barselona”ya ötən il 105 milyon avroya Dortmund "Borussiya”sından transfer olunub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər