"Liverpul" Salahın yerinə hücumçu tapdı

"Liverpul" Salahın yerinə hücumçu tapdı
"Liverpul" komandanı tərk etməsi gözlənilən Məhəmməd Salahın yerinə hücumçu tapıb.
Fanat.Az "le10sport"a istinadən xəbər verir ki, İngiltərə klubu misirli ulduz komandanı tərk edəcəyi halda Nikolas Pepeni transfer edəcək. Kot-D`İvuar millisinin üzvü hazırda "Liverpul"un transfer siyahısında ilk pillədə qərarlaşıb. Onunla PSJ, "Bavariya", "İnter" və "Çelsi" də maraqlanır.
Qeyd edək ki, Pepe 2017-ci ildə "Angers"dən "Lill"ə 10 milyon avroya transfer olunub. Cari mövsümdə 35 oyuna çıxan 23 yaşlı forvard 20 qol vurub və 14 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər